Xilaskar İsko
İspaniya La Liqasının 11-ci turunun matçında "Betis" doğma meydanda "Osasuna"ya qalib gəlib - 2:1.
Sportline.az xəbər verir ki, hesabı 45-ci dəqiqədə Villian Xose açıb. 85-ci dəqiqədə Ruben Qarsiya hesabı bərabərləşdirib. Meydan sahibləri qələbəni 90+4-cü dəqiqədə İskonun vurduğu qolla qazanıb.
"Betis" (17 xal) La Liqada 7-ci pilləyə yüksəlib. Osasuna (13 xal) turnir cədvəlində 11-cidir.