Xorvatiya - Mərakeş oyununun ən yaxşısı odur
DÇ-2022-də 3-cü yer uğrunda keçirilən Xorvatiya - Mərakeş oyununun (2:1) ən yaxşı futbolçusu müəyyənləşib.
Sportline.az FİFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, Xorvatiya millisinin müdafiəisi Yoşko Qvardiol matçın ən yaxşısı seçilib.
Qeyd edək ki, Y.Qvardiol sözügedən görüşün 5-ci dəqiqəsində komandasının ilk qolunun müəllifi olub.