Xorvatiya Mərakeşə qalib gələrək dünya 3-cüsü oldu

Bu gün DÇ-2022-də bürünc medal uğrunda qarşılaşma oynanılıb.

Sportline.az xəbər verir ki, matçda Xorvatiya və Mərakeş yığmaları üz-üzə gəlib. "Xəlifə" stadionu keçirilən görüşdə Xorvatiya 2:1 hesabı ilə qalib gələrək turniri 3-cü pillədə başa vurub.

Qeyd edək ki, yarımfinalda Xorvatiya Argentinaya (0:3), Mərakeş isə Fransaya uduzub (0:2).

DÇ-2022

Bürünc medal uğrunda oyun

19:00. Xorvatiya - Mərakeş - 2:1 

Qol: Yosko Qvardiol, 7 (1:0), Aşraf Dari, 9 (1:1), Mislav Orsiç, 42 (2:1)

Baş hakim: Əbdülrəhman Əl-Yassin (Qətər)

"Xəlifə" stadionu.