Xorvatiya Yaponiya səddini belə adladı

Dünya çempionatında 1/8 final mərhələsinin oyunları davam edir.

Sportline.az xəbər verir ki, bu gün Xorvatiya və Yaponiya milli komandaları üz-üzə gəlib. Qarşılaşmanın əsas və əlavə vaxtı 1:1 hesablı bərabərliklə yekunlaşıb.

Penaltilər seriyasında daha dəqiq olan Xorvatiya millisi 1/4 finala adlayıb. "Damalılar" bu mərhələdə Braziliya - Cənubi Koreya cütünün qalibi ilə qarşılaşacaq.

Yaponiya - Xorvatiya 1:1

Qollar: Dayzen Maeda, 44 - İvan Perişiç, 56

Penaltilər seriyası: 1:3