Yan Oblak "Atletiko" ilə bağlı qərarını verdi

"Atletiko"nun qolkiperi Yan Oblak komandada qalacaq.

Sportline.az İspaniya mətbuatına istinadən xəbər verir ki, sloveniyalı qapıçı Madrid təmsilçisi ilə yeni müqavilə imzalayacaq. Bununla da, Oblakın illik maaşı 10 milyon avro olacaq.

Qeyd edək ki, Yan Oblak 2014-cü ildən "Atletiko"nun şərəfini qoruyur.