Yaponiyalı pilot: "Bakıda iki çılğın yarış olacaq"
"Bakıda iki çılğın yarış olacaq".
Sportline.az xəbər verir ki, bunu "Alfa Tauri" komandasında çıxış edən "Formula 1" pilotu Yuki Tsunoda Azərbaycan Qran Prisi ilə bağlı "Motorsport"a açıqlamasında deyib.
23 yaşlı yaponiyalı sürücü bu ölkədəki turnirlərdə sürətli hərəkət edə bildiyini söyləyib: "Bakıda maksimum sürətimizi artırmaq üçün arxa qanadsız sürə bilərik".
Qeyd edək ki, Azərbaycan Qran Prisi 28-30 apreldə baş tutacaq. Paytaxtda əsas turnirlə yanaşı mövsümün ilk sprint yarışı da təşkil olunacaq.