Yarımfinal mərhələsinin ilk oyunlarını FIFA referiləri idarə edəcəklər
Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunlarını FIFA referiləri idarə edəcəklər.
Sportline.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, "Araz-Naxçıvan" - "Qarabağ" matçı Elçin Məsiyevə, "Neftçi" - "Sabah" görüşü Əliyar Ağayevə tapşırılıb.
Azərbaycan Kuboku
Yarımfinal, ilk oyunlar
2 aprel
17:00. “Araz-Naxçıvan” – “Qarabağ”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamal Umudlu.
VAR: Nicat İsmayıllı.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: Anar Salmanov.
"Liv Bona Dea Arena"
19:30. “Neftçi” – “Sabah”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Cavid Cəlilov.
VAR: Rauf Allahverdiyev.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Ömər Paşayev.
"Neftçi Arena"