Yarımfinalda "Barselona" "Real"a rəqib oldu
İspaniya Kubokunda yarımfinal mərhələsinin püşkü atılıb. SportLine.az xəbər verir ki, nəticələrə əsasən, "Barselona" "Real"la, "Betis" isə "Valensiya" ilə qarşılaşacaq.
Beləliklə, azarkeşlər cari mövsümdə daha iki "El-Klasiko" izləmək imkanı qazanıblar.
Yarımfinal mərhələsinin oyunları fevralın 6-da və 27-də keçiriləcək. İlk oyunlar "Barselona" və "Betis"in meydanında təşkil olunacaq.