Yeni Formula 1 bolidi mühərriki təqdim olundu
Formula 1 həvəskarları üçün sürpriz foto paylaşılıb.
Sportline.az xəbər verir ki, söhbət 2026-cı ilin texniki reqlamentinə əsasən hazırlanan mühərrikdən gedir.
Yeni güc qurğusunu "Red Bull" təqdim edib.
Qeyd edək ki, Avstriya təmsilçisi də 2026-cı ildən öz mühərriklərinin istehsalına başlayacaq.
"Red Bull" bununla "Alpin", "Audi", "Ferrari", "Honda" və "Mersedes"in sırasına qoşulacaq.