Yenilənəcək "Santiaqo Bernabeu" stadionunun təqdimatı olub

İspaniyanın "Real" klubunun doğma meydanı yenilənəcək.

Sportline.az xəbər verir ki, 1947-ci ildə qurulan və 81044 tamaşaçı tutumuna malik əzəmətli "Santiaqo Bernabeu" stadionu 2023-cü ildə yeni formada istifadəyə veriləcək.

Yenilənmə ilə bağlı təşkil olunan təqdimat mərasimində klubun prezidenti Florentino Peres və Madrid Bələdiyyəsinin sədri Manuela Karmena iştirak edib.