Yoviçlə Azarın təqdimat mərasiminin vaxtı müəyyənləşdi

"Real" yeni transferlər - Luka Yoviç və Eden Azarı ictimaiyyətə eyni gündə təqdim etməyəcək.

Sportline.az xəbər verir ki, əvvəlcə - iyunun 12-də "Ayntraxt"dan alınan serbiyalı hücumçunun təqdimat mərasimi olacaq. Bir gün sonra isə "Çelsi"dən transfer olunan belçikalı yarımmüdafiəçi ictimaiyyətə təqdim olunacaq.

Qeyd edək ki, hər iki təqdimat mərasimi "Santyaqo Bernabeu" stadionunda keçiriləcək.