Yüksək Liqa: "Araz" təəccübləndirdi, "Neftçi İK" qalib gəldi

Bu gün Yüksək Liqada pley-off mərhələsinə start verilib.

Sportline.az xəbər verir ki, Bakı İdman Sarayında keçirilmiş hər iki oyundan əvvəl Azərbaycanın dilbər güşələrindən olan Şuşa şəhərinin işğalı zamanı canlarını qurban vermiş şəhidlərimizin xatirəsinə ehtiram əlaməti olaraq 1 dəqiqəlik sükut elan olunub.

İlk olaraq, meydana “Neftçi”İK və “Xəzər Cənub” komandaları çıxıb. Nominal qonaqlardan fərqli meydan sahibləri cəzlı Rüfət Balakişiyevin xidmətindən istifadə edə bilməyib. Görüş "Neftçi" İK-nın 4:3 hesablı qələbəsi ilə yekunlaşıb. 

İkinci oyunda “Araz”la EKOL qarşılaşıb. Hər iki komanda meydana itkilərlə çıxıb. EKOL Emin Kürdovun, “Araz” isə Xətai Bağırovun xidmətindən istifadə edə bilməyib. EKOL görüşü 6:4 hesablı qələbə ilə başa vurub. 

Pley-off mərhələsinin II tur oyunları mayın 11-də Bakı İdman Sarayında keçiriləcək. Saat 14:30-da EKOL “Araz”la, saat 17:00-da “Xəzər Cənub” “Neftçi” ilə qarşılaşacaq.  

"Neftçi İK" – "Xəzər Cənub" - 4:3 (2:2)
Qollar: 
O. Baxşəlizadə, 03:19, V. Borisov, 05:52, 37:03, Vahid Şəfaye, 36:51 // Amir Şocayi, 10:33, İ. Surqalı, 14:04, 20:12
Hakimlər: Azər Əsgərov, Anar Fərəcov, Elvin Ağayev
Sarı vərəqələr: V. Borisov, 25:28, S. Şahnazi, 28:12, // B. Şebli, 06:43, A. Şocayi, 18:10, İ. Surqalı, 28:49, Ş. Şahnazi, 37:02

Neftçi İK

23. Elnur Zamanov (q, k), 5. Vahid Şəfaye, 6. Məhəmməd Katebi, 10. Oruc Baxşəlizadə, 14. Vitali Borisov, 1. Seyidəhməd Yaqubi (q), 3. Salar Şahnazi, 8. Vahib Xocayev, 13. Əjdər Əjdərov, 17. Tural İsmayılov
Baş məşqçi: Hacıbala Abdullazadə

Xəzər Cənub

24. Hamid Raşidi (q), 11. Şahab Şahnazi, 12. Raşid Qalapur (k), 13. Amir Şocayi, 20. İsaq Surqalı, 33. Reza Təbrizi (q), 7. Hadi Rezvan, 9. Farid Mazaheri, 10. Mehdi Pənahande, 78. Behzad Şebli, 99. İlkin Mirzəyev, 1. Əli Xadimheydari (q)
Menecer: Tuğsal Eliz

"Araz" – EKOL - 4:6 (2:1)
Qollar:
 O. Rüstəmli, 04:21, M. Neyməti, 16:29, N. İsmayılov, 34:09, 35:09 // F. Ələkbərov, 12:10, N. Məmmədkərimov, 23:02, 30:33, F. Əliyev, 27:58, R. Çovdarov, 34:38, 35:06
Hakimlər: Hikmət Qafarlı, Ramiz Məhərrəmov, Fuad Həsənov
Sarı vərəqələr: S. Cavid, 17:34, İ. Atayev, 30:02, N. İsmayılov, 34:09 // F. Ələkbərov, 17:44, F. Atakişiyev, 27:47
Qırmızı vərəqə: İ. Atayev, 39:33 (ikinci sarı)

Araz
12. Rövşən Hüseynli (q), 9. Oktay Rüstəmli, 10. Nihad İsmayılov, 15. Mohammadtaha Neyməti, 17. İsa Atayev, 1. Kamran Hacıyev (q), 7. Ali Mikaeli, 8. Rizvan Fərzəliyev (k), 13. Hosseyin Seyidabolfaz, 14. Masoud Nasirzadegah, 18. Adil İsmayılov, 19. Sadiq Cavid, 20. Emil Həsənzadə
Baş məşqçi: Joze Alesio Da Silva

EKOL
1. İntiqam Babayev (q), 4. Fərid Atakişiyev, 10. Samir Həmzəyev, 11. Namiq Məmmədkərimov (k), 17. Fərid Ələkbərov, 2. Radik Əhmədov, 5. Sərxan Məstiyev, 7. Ramiz Çovdarov, 9. Əsgər Abasov, 33. Ələsgər Ələsgərli, 77. Faiq Əliyev
Məşqçi: Radik Əhmədov