Yüksək Liqada çempion müəyyənləşdi

Bu gün futzal üzrə Yüksək Liqanın qalibi müəyyənləşib.

Sportline.az xəbər verir ki, həlledici görüşdə debutant “Xəzər Cənub” komandası Naxçıvanın “Araz” kollektivi ilə qarşılaşıb.

Bakı İdman Sarayında final görüşünə “Araz” komandası daha fəal başlayıb. Naxçıvan klubu hesabı açıb. Məhəmmədtaha Neyməti fərqlənib. Ruhdan düşməyən “Xəzər Cənub” çox keçmədən tarazlığı bərpa edib. Amir Şocayi topu rəqib qapısından keçirib. 1-1.

Qalan vaxtda hücumlarını daha da gücləndirən “Araz” daha 3 qolla azarkeşlərini sevindirib. Ardıcıl olaraq İsa Atayev, Rizvan Fərzəliyev və Nihad İsmayılov fərqlənib. 4:1 hesabıyla qalib gələn “Araz” komandası Yüksək Liqanın qalibi olub. “Xəzər Cənub” kollektivi isə gümüş medallarla kifayətlənib.

Qeyd edək ki, 3-cü yeri “Neftçi” İdman Klubunu 4:2 hesabı ilə məğlub edən EKOL komandası tutub.