Yusuf Akçiçek İngiltərə nəhənginin hədəfində

Bu mövsüm "Fənərbağça"dakı inamlı oyunu ilə bir çox Avropa klublarının maraq dairəsinə düşən Yusuf Akçiçek daha bir məşhur klubun da hədəfindədir.

Sportline.az xəbər verir ki, söhbət "Tottenhem"dən gedir.

"A Spor"un yaydığı məlumata görə, London təmsilçisi mövsümün sonunda onun transferi üçün hərəkətə keçəcək.

Londonluların bununla bağlı "Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo ilə danışıq apardıqları və futbolçu ilə bağlı ətraflı məlumat aldıqları bildirilir. 

Qeyd edək ki, 19 yaşlı müdafiəçinin İngiltərənin digər təmsilçisi "Mançester Yunayted"in də transfer siyahısında yer aldığı haqda xəbərlər dolaşmaqdadır.