"Yuventus"un sabiq futbolçusu "İnter"ə keçə bilər
"Mançester Yunayted"də icarə əsasında çıxış edən niderlandlı müdafiəçi Matyas De Lixt karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
Sportline.az "Tutto Sport"a istinadən xəbər verir ki, "İnter" De Lixti transfer etmək üçün hərəkətə keçib.
25 yaşlı müdafiəçi müqavilə əsasında Almaniyanın "Bavariya" klubuna məxsusdur.
Qeyd edək ki, Matyas De Lixtin transfer qiyməti 40 milyon avro olaraq təyin olunub.
O bu mövsüm çıxış etdiyi 40 matçda 2 qolla yadda qalıb.
Xatırladaq ki, Matyas De Lixt 2019-2022-ci illər ərzində "Yuventus" klubunda çıxış edib.