"Yuventus"un ulduzu "Arsenal"ın radarındadır
"Arsenal" "Yuventus"un forvardı Duşan Vlahoviçlə maraqlanır.
Sportline.az "Tuttojuve"yə istinadla xəbər verir ki, hücumçu qış transfer pəncərəsində "topçular"a keçə bilər.
Hətta Vlahoviçlə "Real"ın da maraqlandığı bildirilir. 23 yaşlı serb forvard cari mövsüm 10 oyunda 4 qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.