"Yuventus"un üzvü "Mançester Siti"nin hədəfində

"Mançester Siti" "Yuventus"un müdafiəçisi Joau Kanselonu transfer etməyə yaxındır.

Sportline.az İtaliya mətbuatına istinadən xəbər verir ki, İngiltərə təmsilçisi 25 yaşlı oyunçu ilə razılığa gəlib. Klublar arasında da danışıqların yekunlaşmaq üzrə olduğu bildirilib. Konselonun yeni klubu ilə 5 illik müqavilə imzalayacağı gözlənilir.

Qeyd edək ki, portiqaliyalı futbolçu ötən mövsüm "Yuventus"da 34 matçda 1 qol vurub, 5 qolun ötürməsini verib.