Zənzibar Rusiya ilə oyundan imtina etdi

Zənzibar Futbol Federasiyası Rusiya millisi ilə yoldaşlıq matçından imtina edib.

Sportline.az xəbər verir ki, bu haqda qurumun prezidenti Süleyman Cabir məlumat yayıb.

O, FIFA-nın noyabr pəncərəsində keçirilməsi nəzərdə tutulan oyunun allınmmam səbəbini belə izah edib: "Təəssüf ki, Zənzibar millisi bəzi amillərə görə noyabr ayında Rusiya komandası ilə qarşılaşa bilməyəcək. Tanzaniya millisi eyni tarixlərdə Dünya Kubokunun seçmə oyununa çıxacaq. Bu komandadakı bəzi futbolçular isə eyni zamanda bizim kollektivin üzvüdür. Ona görə də planlaşdırılan görüş aınmayacaq".

Qeyd edək ki, Zənzibar Afrika qitəsinin tanınmayan respublikasıdır.