Zidan aşağı divizion klubunda

İspaniyanın "Real Madrid" klubunun baş məşqçisi Zinəddin Zidanın oğlu Enso Zidan İspaniyanın II liqasının təmsilçisi "Almeriya" klubuna keçib.

Sportline.az xəbər verir ki, keçidin detalları haqqında məlumat açıqlanmayıb. 2014 - 2017-ci illərdə bir müddət atasının rəhbərliyi altında "Real Madrid"in əvəzedici komandasında çıxış etmiş fransalı futbolçu 2017/2018 mövsümündə "Alaves"ə transfer olunub. Orada da möhkəmlənə bilməyən böyük oğulun son komandası Portuqaliya "Aveş"i olub.

Qeyd edək ki, "Almeriya" klubu II liqada geridə qalan 25 turdan sonra 45 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Enso Zidanın komandası lider "Kadis"dən 3 xal geri qalır.