Zidan Beyllə Modriçi göndərir

"Real"ın baş məşqçisi vəzifəsinə qayıdan Zinəddin Zidan planlarını açıqlayıb. SportLine.az "Independent" nəşrinə istinadən xəbər verir ki, mütəxəssis yay transfer pəncərəsində köklü dəyişikliklərə hazırlaşır. 

Z.Zidan, ilk növbədə, Luka Modriç və Qaret Beyli komandadan göndərməyi planlaşdırır. Bununla yanaşı, heyətdəki boşluqları doldurmaq üçün bir neçə transfer də həyata keçiriləcək. Klub prezidenti Florentino Perez açıqlamasında yay transfer pəncərəsi üçün 300 min funt-sterlinq büdcə ayrılacağını bildirib.

Məlumatlara görə, Z.Zidan "Çelsi"dən Eden Azar və "Tottenhem"dən Kristian Erikseni transfer edəcək. Nqolo Kantenin də fransalının hədəfində olduğu deyilir. 

Qeyd edək ki, ötən gün Z.Zidanla 2022-ci ilədək müqavilə imzalanıb.