Zidan "Real"dan niyə ayrıldı?
Zinəddin Zidanın "Real"dan ayrılıq səbəbi bəlli olub.
SportLine.az xəbər verir ki, Madrid klubunun sabiq rəhbəri Ramon Kalderon fransalı mütəxəssisin niyə istefa verdiyindən danışıb. "Bleacher Report"a açıqlamasında, o, "Zidanın gedişi hamı üçün gözlənilməz idi. Amma klubun idarə heyəti ilə onun arasında fikir ayrılığı yaranmışdı. Buna görə, Zidanın gedişi, əslində, sürpriz olmadı", - deyib.
"Zidan Kriştianu Ronaldunun komandada saxlanılmasını istəyirdi", - deyən R.Kalderon, "İdarə heyəti Qaret Beylin komandada saxlanılmasına, Ronaldunun isə göndərilməsinə qərar verdi. Zidan bu qərarla razılaşmadı. O, deyirdi ki, Beyli göndərməliyik", - deyə bildirən sabiq prezident fikir ayrılığının Zidanın gedişinə səbəb olduğunu sözlərinə əlavə edib.
Qeyd edək ki, Z.Zidan ötən mövsüm "Real"la Çempionlar Liqasının qalibi olduqdan 5 gün sonra istefa verib.