"Zirə" növbəti mərhələyə yüksəldi
"Zirə" bu gün Konfrans Liqasının 1-ci təsnifat mərhələsində cavab oyununu keçirib.
Sportline.az xəbər verir ki, Rəşad Sadıqovun komandası Gürcüstanda "Torpedo" ilə üz-üzə gəlib. Kutaisidəki "Şengeliya Arena"da oynanılan matç "Zirə"nin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu komandalar arasında ilk oyunda "Zirə" 3 cavabsız qolla qələbə qazanıb.
"Zirə" növbəti mərhələdə "Payde" (Estoniya) ilə qarşılaşacaq.
20:00. "Torpedo" (Gürcüstan) - "Zirə" (Azərbaycan) - 0:3
Qol: Eren Aydın, 25, Amin Seydiyev, 39, 70
Baş hakim: Mihali Kapray (Macarıstan)
İlk oyun - 0:3