"Zirə" "Omoniya"ya qarşı

“Zirə” komandası bu gün UEFA Konfrans Liqasının pley-off mərhələsində ilk oyununa çıxacaq.

Sportline.az xəbər verir ki, təmsilçimiz səfərdə Kiprin “Omoniya” klubu ilə qarşılaşacaq.

Nikosiyadakı “GSP Arena”da keçiriləcək qarşılaşmada ədaləti estoniyalı Yuri Frişer qoruyacaq. 

Cavab görüşü avqustun 29-da Bakıda keçiriləcək.

Konfrans Liqası
Pley-off, ilk oyun

22 avqust

21:00. “Omoniya” – “Zirə”
Hakimlər: Yuri Frişer, Veiko Motsnik, Sander Saqa, Kristo Küllyastinen 
Var hakimləri: Kristo Tohver, Yonas Yanovits 
Nikosiya, “GSP Arena” Nikosiya