"Zirə" "Payde" kollektivi ilə bərabərə qalaraq UEFA Konfrans Liqası ilə vidalaşıb
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda "Zirə" "Payde" (Estoniya) ilə qarşılaşıb.
Sportline.az xəbər verir ki, Sumqayıt şəhər stadionunda keçirilən matçda qalib müəyyənləşməyib - 1:1.
Azərbaycan klubunun heyətində 5-ci dəqiqədə Eren Aydın hesabı açıb. Qonaq komanda 71-ci dəqiqədə Henri Anierin dəqiq zərbəsi ilə hesabı bərabərləşdirib.
İlk matçda "Payde" doğma meydanda 1:0 hesablı qələbə qazandığı üçün bu bərabərlik Estoniya təmsilçisini növbəti mərhələyə çıxarıb.