"Zirə" - "Torpedo" görüşünün biletləri satışa çıxarılır
UEFA Konfrans Liqasının 1-ci təsnifat mərhələsinin “Zirə” - “Torpedo” (Gürcüstan) oyununun biletləri sabah satışa çıxarılacaq.
Sportline.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Biletlər iyulun 7-i saat 12:00-dan satışda olacaq. Biletlərin qiyməti sektorlara əsasən müvafiq olaraq 5, 10, 20, və 50 manat təşkil edir.
Satış məntəqələri:
“Zirə İdman Kompleksi”
“Azfar”ın “Baku Arena” filialında.
Qeyd edək ki, "Zirə" - "Torpedo" matçı iyulun 8-də Sumqayıtdakı "SOCAR Polymer Arena"da keçiriləcək. Oyun yerli vaxtla saat 20:00-da start götürəcək.