“Zirə" "Turan Tovuz" görüşündə bərabərlik

Azərbaycan Premyer Liqasında 25-ci turun oyunları davam edir.

Sportline.az xəbər verir ki, bu gün iki qarşılaşma baş tutacaq.

Günün iki görüşü Zirədə baş tutacaq. Burada qəsəbənin eyniadlı komandası "Turan Tovuz"u qəbul edəcək. Matç saat 16:00-da başlayacaq.

İkinci oyunda isə "Sabah" "Bank Respublika Arena"da "Araz-Naxçıvan"la üz-üzə gələcək. Bu qarşılaşma saat 18:30-da start götürəcək.

Azərbaycan Premyer Liqası

2 mart (şənbə)

“Zirə” – “Turan Tovuz” 1-1

Qol:  Ceyhun Nuriyev, 62 (pen.). Belajdi Pusi, 11
Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Rahil Ramazanov, İnqilab Məmmədov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Kifayət Mustafayeva
Zirə İK stadionu, 16:00

“Sabah” – “Araz-Naxçıvan”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Kamran Bayramov, Fərid Hacıyev
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Bəhram Qurbanov
“Bank Respublika Arena”, 18:30