"Zirə"nin Kutaisi planı
UEFA Konfrans Liqasındakı təmsilçimiz "Zirə" sabah 1-ci təsnifat mərhələsinin cavab oyunu üçün Kutaisiyə yollanacaq.
Sportline.az xəbər verir ki, komanda iyulun 14-də çarter reysi ilə Gürcüstana yola düşəcək.
Oyundan dərhal sonra Bakıya qayıdacaq "Zirə"nin baş məşqçisi Rəşad Sadıqovun mətbuat konfransı və komandanın açıq məşqi iyulun 15-də olacaq.
İyulun 16-da "Ramaz Şengeliya stadionu"nda keçiriləcək "Torpedo" - "Zirə" dueli Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.
Qeyd edək ki, ilk oyun komandamızın 3:0 hesablı qələbəsi ilə nəticələnib.