Ule Qunnar Sulşer Türkiyə kulubunu çalışdırmağa hazırlaşır
"Mançester Yunayted"in keçmiş baş məşqçisi Ule Qunnar Sulşer "Beşiktaş"ın təklifi qəbul etməyə hazırlaşır.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki,"qara-qartallar" tərübəli mütəxəssisin tələblərini qəbul ediblər.
Ule Qunnar Sulşer "Beşiktaş"ın təklifi barədə açıqlamasında :"Hələki tam qərarımı verməmişəm. Məndən uzun müddətli bir plan istəyirlər, yoxsa qısa müddətli müqavilə bağlanacaq bunu bilmirəm. Mənə uzun müddətli proqramlar lazımdır ki, istədiyim komandanı yarada bilim. Klubun mənə veridiyi imkanları dəyərləndirib ondan sonra qərar verəcəyəm",-deyib.
Qeyd edək ki, Ule Qunnar Sulşer sonuncu dəfə 2018/19-cu illərdə "Mançester Yunayted"in şərəfini qoruyub.