17 yaşlı türkiyəli futbolçu karyerasını İspaniya La Liqasında davam etdirə bilər

"Benfika" futbol akademiyasının yetirməsi olan İsak Vural karyerasını İspaniyanın "Real Valyadolid" klubunda davam etridə bilər. 

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, İsveçin "Hammarbi" klubunda çıxış edən 17 yaşlı hücumçu üçün "Real Valyadolid"in təklif göndərdiyi bildirilib. 

İsveç klubu ilə 2026-cı ilədək müqaviləsi olan İsak Vuralla şəxsi razılıq əldə olunduğu və qış transfer pəncərəsində keçidin gerçəkləşəcəyi deyilib. 

Qeyd edək ki, 17 yaşlı hücumçu İsak Vural bu mövsüm "Hammarbi" forması ilə çıxdığı 19 oyunda 3 qol, 1 məhsuldar ötürməylə yadda qalıb.