19 yaşı var, "Barselona"nın hədəfindədir

"Barselona" "San-Paulu"nun futbolçusu Qustavo Mayanın transferi ilə bağlı razılığa gəlib.

Sportline.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, Kataloniya klubu iyulun 15-dək Braziliya təmsilçisinin hesabına 1 milyon avro köçürəcək. "Barselona" qalan 3,5 milyon avronu isə hissə-hissə ödəyəcək.

Qeyd edək ki, 19 yaşlı hücumçu Maya "San-Paulu"nun əsas komandasında debüt etməyib.