38 yaşlı Manuel Noyer 2026-ci ilə qədər millidi oynamağı düşünür

Almaniya yığmasının qapıçısı Manuel Noyer 2026-cı ildə keçiriləcək futbol üzrə Dünya Çempionatına qədər ölkəsinin millisində çıxış etmək niyyətindədir.

Sportline.az xəbər verir ki, bu barədə Kicker nəşri məlumat yayıb.

Xatırladaq ki, Noyer milli ilə debüt matçına 2009-cu ildə çıxıb. Bu müddət ərzində 124 oyuna çıxan təcrübəli qapıçı 51 görüşdə qapısını toxunulmaz saxlayıb.Noyer Almaniya millisinin heyətində 2014-cü ildə Dünya Kubokunun qalibi olub.

Qeyd edək ki, 38 yaşlı qapıçı AVRO 2024-ün bütün oyunlarında Bundestimin qapısını qorudu. Onun komandası 1/4 finalda İspaniyaya məğlub olaraq mübarizəni dayandırıb.