Abdülkadir Ömür komandadan ayrılacaq

"Trabzonspor" klubunda çıxış edən Abdülkadir Ömür karyerasını Fransda davam etdirə bilər. 

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi üçün adı açıqlanmayan Fransa klubunun 6 milyon avro təklif etdiyi bildirilib. 

Türkiyəli futbolçu "Trabzonspor"dan ayrılmaq isətdiyini bildirib. 

Qeyd edək ki, Abdülkadir Ömür bu mövsüm "Trabzonspor" forması ilə çıxdığı 17 oyunda 6 asistlə yadda qalıb.