Adam oğurluğunda təqsirləndirilən idmançılar azadlığa buraxıldılar
UFC döyüşçüsü Hüseyn Ashabovla qardaşı Həsən Ashabov Tailandda saxlanıldıqları təcridxanadan buraxılıblar.
Sportline.az RedFuryMMA nəşrinə istinadla xəbər verir ki, Ashabov qardaşlarının üzərindən bütün ittihamlar götürülüb.
Xatırladaq ki, rusiyalı idmançılar adam oğurluğu və quldurluq maddələri ilə təqsirləndirilirdilər.
İndi polis yalan ifadə ittihamı ilə idmançılara şər atan şəxs barəsində cinayət işi açacaq.
Hüseyn Ashabovun gələn ilin fevralında UFC-də növbəti döyüşə çıxacağı bildirilir.