Adil Əliyev Türkiyədə işgüzar səfərdədir
Milli Məclis Sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev Türkiyədə işgüzar səfərdədir.
Sportline.az xəbər verir ki, Adil Əliyev bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Paylaşımda deyilir: "Iğdırda növbəti görüşü idmançılarla və gənclərlə Iğdır İdman və Gənclər Mərkəzində keçirdik. Görüş zamanı onları maraqlandıran mövzular ətrafında çıxışlar edərək, dövlət başçılarımız və ölkələrimiz arasındakı dostluq münasibətlərindən bəhs etdik. Hər iki ölkədə idmana və gənclərə verilən yüksək dəyərdən bəhs edərək, bütün sahələrdə olduğu kimi idman yarışlarında da ölkələrimizi təmsil edən idmançıların qazandıqları qələbələrə hamımızın bərabər sevinməsini bildirdim. İdmançılarımız qalib gələrkən Azərbaycan və Türkiyə bayraqlarını bərabər qaldırması bir daha qardaşlığımızı dünyaya nümayiş etdirir".