AHF THF-yə başsağlığı verdi

Azərbaycan Həndbol Federasiyası Türkiyənin həndbol milli komandasının kapitanı Camal Kütahya və oğlu Çınar Kütahyanın zəlzələ nəticəsində ölümü ilə əlaqədar qardaş ölkənin həndbol federasiyasına başsağlığı məktubu ünvanlayıb. Məktubda deyilir: Türkiyədə baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı, eləcə də kişilərdən ibarət həndbol yığma komandasının kapitanı Camal Kütahya və oğlu Çınar Kütahyanın ölüm xəbəri hamı kimi bizi də dərindən sarsıtdı.
Azərbaycan həndbol ictimaiyyəti adından sizə səbir diləyir, faciə zamanı həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralıların tezliklə şəfa tapmasını arzulayırıq.
Allah rəhmət eləsin!

Banner