Aleks Pereyra döyüşmək istədiyi rəqibi açıqladı

UFC-nin yüngül çəki dərəcəsində hazırkı çempionu Aleks Pereyra titulunu qorumaq üçün döyüşmək istədiyi rəqibdən söz açıb.

Sportline.az xəbər verir ki, o, özünün YouTube kanalında sözügedən titul görüşündə Camal Hillə qarşılaşmaq istədiyini bildirib.

Pereyra təklif olunan idmançılar arasında məhz onu özünə layiqli rəqib saydığını gözlətməyib.

Qeyd edək ki, UFC-də 2021-ci ilin noyabrında debüt edən braziliyalı iki çəki dərəcəsində çempionluq kəmərinə yiyələnib.