Aleksander Çeferin öz şərtini qoyub

UEFA prezidenti Aleksander Çeferin maraqlı açıqlaması ilə gündəmə gəlib.

Sportline.az xəbər verir ki, A.Çeferin jurnalistlərə müsahibəsinə sərt açıqlaması ilə diqqət çəkib.

“Hamı matç sayından şikayət edir. Məndə belə bir tələb irəli sürəcəm. Futbolçuların maaşının azalmasını istəyirəm. Bunun başqa yolu yoxdur. FİFA və UEFA-ya hücum eləmək hər zaman asandır. Lakin bizim futbol üçün böyük işlər gördüyümüzü heç kimi dilinə gətirmir. Şikayət etməli olan insan bilirsiz kimdir? Fabrikada gün ərzində əziyyət çəkib sadəcə ayda 1000 avro alan insanlardır”, - deyə Aleksande Çeferin bildirib.

Qeyd edək ki, A.Çeferinin bu açıqlaması dünya mediasında böyük səs-küyə səbəb olub.