Ali Koç italiyalı futbolçu üçün şəxsi avtomobilini göndərib

"Fənərbağça" klubunun prezidenti Ali Koç italiyalı müdafiəçi Leanardo Bonuççi üçen şəxsi avtomobilini göndərib.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, 36 yaşlı təcrübəli müdafiəçi bu gecə İstanbula gəlib. Leanardo Bonuççini "Fənərbağça" klubunun rəsmiləri və azarkeşlər qarşılayıblar.

"Sarı lacivərtlər" italiyalı müdafiəçini Almaniyanın "Union Berlin" klubundan 6 aylıq icarə əsasında transfer ediblər.

Qeyd edək ki, Leanardo Bonuççi bu mövsüm cəmi 10 oyunda meydana çıxıb və 1 qolla yadda qalıb.