Almaniya klubu Arda Güləri transfer etmək istəyir
Almaniya nəhənglərindən olan "Borussiya Dortmund" "Real Madrid"in gənc futbolçusu Arda Gülər üçün təklif göndərib.
Sportline.az Fotomaç.com.tr-yə istinadla xəbər verir ki, "sarı-qaralar" türkiyəli yarımmüdafiəçini 6 aylığına icarə əsasında trasnfer etmək üçün "kral" klubu ilə danışıqlara başlayıb.
"Real Madrid" rəsmiəri Arda Güləri komandadan göndərmək istəmədiklərini bildiriblər.
Qeyd edək ki, Arda Gülər "Arandina" və "Atletiko Madrid" matçında forma geyinib.