Almaniya növbəti mövsüm ÇL-da 5 komanda ilə təmsil olunacaq

Uefa Çempionlar Liqasının 2024/2025 mövsümündə Bundesliqadan 5 komanda olacaq.

Sportline.az Sovsport.ru-ya istinadla xəbər verir ki, "Borussiya Dortmund" Uefa ÇL-nın yarımfinal mərhələsində PSJ-ni 1-0 hesabı ilə məğlub edib.Bu nəticədən sonra Almaniya UEFA cədvəlində 2-ci pilləyə yüksəlib və növbəti mövsüm Çempionlar Liqasında 5 komanda ilə təmsil olunmağa haqq qazanıb.

Beləliklə, Bundesliqadan "Bayer Leverkuzen", "Bavariya", "Ştutqard", "Lieptziq" və "Borussiya Dortmund" növbəti mövsüm ÇL-da çıxış edəcək.

Qeyd edək ki, PSJ və "Borussiya Dortmund" arasında cavab oyunu mayın 7-də Parisdə baş tutacaq.