Almaniya prezidenti millinin uğursuzluğu haqda

Almaniya prezidenti Frank-Valter Ştaynmayer DÇ-2022-nin pley-off mərhələsinə vəsiqə qazana bilməyən milli komanda haqda danışıb.

Sportline.az "Bild"ə istinadən xəbər verir ki, ölkə başçısı DÇ-2022-nin çətin keçdiyini bildirib:

“Əziz milli komanda, bizim üçün dünya çempionatı asan keçmədi. Əlbəttə, sizi alqışlamaq istərdik. Dərindən nəfəs almaq, bir az dincəlmək və yenidən enerji toplayaraq növbəti turnirə hazırlaşmağın vaxtıdır. Sizə uğurlar arzulayıram!”

Qeyd edək ki, E qrupuna Yaponiya 6 xalla başçılıq edir. İspaniya ikinci (4 xal), Almaniya üçüncü (4 xal), Kosta Rika isə sonuncu pillədə (3 xal) qərarlaşıb. Almaniya top fərqinə görə uduzaraq növbəti mərhələyə vəsiqə qazana bilməyib.