Almaniya - Yaponiya oyununun ən yaxşı futbolçusu

FİFA DÇ-2022-nin qrup mərhələsinin 1-ci turunda keçirilən Almaniya - Yaponiya görüşünün (1:2) ən yaxşı futbolçusunu açıqlayıb.

Sportline.az qurumun saytına istinadən xəbər verir ki, Yaponiya millisinin qapıçısı Syuiti Qonda matçın ən yaxşısı seçilib.

Qeyd edək ki, S.Qonda Almaniyaya qarşı oyunda rəqibin 8 zərbəsinin 7-nin qarşısını alaraq komandasının sensasiyalı qələbəsində böyük pay sahibi olub.