Alperen Şengün: “Bu mövsüm pley-ofa çıxmamaq şansımız yoxdur”

 “Hyuston Rokets”in türkiyəli basketbolçusu Alperen Şengün jurnalistlərin suallarını cavablandırıb.

Sportline.az “EUROHOOPS” nəşrinə istinadən xəbər verir ki, Alperen Şengün növbəti mövsüm haqqında və yeni müqaviləsi barədə verilən suallara aydınlıq gətirib.

“Bir müddətdir ki, komanda ilə müqavilə üçün danışıqlar aparırdıq. Mən yeni müqavilə imzalamaq istəyirəm, hər iki tərəf razılıq əldə edib. Hər şey qaydasındadır, ortaq yolu tapacağıq. Düşünürəm ki, bu mövsüm pley-ofa yüksələcəyik. Pley-offa çıxmamaq şansımız yoxdur, əla komandamız var”, - deyə Alperen bildirib.

Qeyd edək ki, Alperen Şengün ötən mövsümü 21.1 xal, 9.3 ribaund, 5.2 asist ortalaması ilə bitirib.