Alvarez ayrılır?
"Atletiko Madrid"in argentinalı futbolçusu Xuliyan Alvarez yayda komandasını dəyişə bilər.
Sportline.az xəbər verir ki, "Arsenal", "Barselona" və "Paris Sen-Jermen" 26 yaşlı oyunçunu heyətinə qatmaq niyyətindədir.
Bu haqda "Cadena Cer" nəşri məlumat yayıb.
Qeyd edək ki, Alvarezin transfer qiyməti 120 milyon avrodur.
O, bu mövsüm meydana çıxdığı 49 matçda 20 qol, 9 asistlə yadda qalıb.