Amerika Kuboku: Peru-Kanada oyununda köməkçi hakim huşunu itirib

 Kopa Amerikada bu gün keçirilən Peru-Kanada oyununda köməkçi hakim Humberto Panjoy huşunu itirərək meydandan çıxarılıb.

Sportline.az xəbər verir ki, bu barədə Ntvspor.net saytı məlumat yayıb.

Qarşılaşma Şimali Amerika təmsilçisinin minimal hesablı qələbəsi ilə yekunlaşıb.(1-0)

Qeyd edək ki, Kanada A qrupunda 3 xalla ikinci pillədə qərarlaşır. Dördüncü sıradakı Perunun aktivində 1 xal var.