"Antalyaspor"un futbolçusu polis tərəfindən saxlanılıb

"Antalyaspor"un futbolçcusu Saqiv Yexezkel Türkiyə polisi tərəfindən saxlanlıb. 

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, 28 yaşlı israilli futbolçu "Trabzonspor"la matçda qol vurduqdan sonra etdiyi hərəkətə görə nəzarətə alınıb. Saqiv Yexezkel qoldan sonra İsarilə dəstəyini bildirsə də polislərə açıqlamasında :"Müharibənin bitməsini istəyirəm. Mənim paylaşımım da, düşüncəm də budur", - deyib. Türkiyə Ali Məhkəməsi futbolçunun ifadəsini aldıqdan sonra ölkədən çıxarılacaq. 

Qeyd edək ki, Saqiv Yexezkel 1-1 hesablı heç-heçə ilə başa çatan "Antalyaspor"-"Trabzonspor" matçının ardından polislər tərəfindən saxlanılıb və bu həftəsonu ölkəsinə göndəriləcək.