Ante Rebiç komandadan ayrılmaq istəyir

Xorvatiya millisinin futblçusu Ante Rebiç Türkiyə klubundan ayrılmaq qərarına gəlib. 

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "Beşiktaş"ın şərəfini qoruyan xorvatiyalı futbolçu əsas heyətdə çıxış edə bilmədiyi üçün menecerindən yeni komanda axtarışlarına başlamasını tələb edib. 

30 yaşlı sol cinah hücumçusu Ante Rebiç "qar-qartallar"ın rəsmiləriyə görüşüb və əsas heyətdə çıxış etmək istədiyini əks təqdirdə klubdan ayrılacağını bildirib. "Beşiktaş" rəsmiləri futbolçuya yeni klub axtarmasını deyiblər. 

Qeyd edək ki, Ante Rebiç bu mövsüm "Beşiktaş" forması ilə çıxdığı 16 oyunda 3 asistlə yadda qalıb.