Antuan Qrizman ingiltərəli futbolçu haqqında danışıb
"Atletiko Madrid"in ulduz futbolçusu Antuan Qrizman Meyson Qrinvudun performansını dəyərləndirib.
Sportline.az Goal.com-a istinadla xəbər verir ki, 32 yaşlı fransalı futbolçu ötən gecə keçirilən "Atletiko Madrid" - "Xetafe" görüşündə gənc futbolçunun performansından danışıb.
Antuan Qrizman açıqlamasında:"10 nəfərlə mübarizə aparmaq elə də asan iş deyil. Saviçin qırmızı vərəqə alaraq bizi azlıqda qoyması utancvericidir. Rəqib komandada Qrinvudun olması bizi çox incitdi",-deyib.
Qeyd edək ki, "Atletiko Madrid" - "Xetafe" görüşü 3-3 hesablı heç-heçə ilə başa çatıb.