"Araz-Naxçıvan" - "Zirə" oyununun məkanı dəyişdirildi

"Araz-Naxçıvan" və "Zirə" arasında keçiriləcək yoldaşlıq oyununun məkanı dəyişdirilib.

Sportline.az xəbər verir ki, matç Bakı Olimpiya Stadionunda deyil, Zirə İdman Kompleksinin stadionunda baş tutacaq.

Qarşılaşma yanvarın 10-da, saat 15:00-da start götürəcək.