Arda Gülər üçün 3 klub təklif göndərib

Bu mövsüm "Real Madrid"ə "Fənərbağça"dan transfer olunan gənc futbolçu Arda Gülər karyerasını digər ispaniya klublarından birində davam etdirə bilər. 

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, 18 yaşlı gənc ulduz üçün "Vilyareal", "Las Palmas" və "Selta Viqo" klbularının təklif göndərdiyi bildirilib. 

Komandanın baş məşqçicisi Karlo Ançelotti türkiyəli futbolçunun hazırda transfer olunmayacağını və gələcəkdə "Real Madrid"in aparcı oyunçularından birinə çevriləcəyini deyib. 

Qeyd edək ki, Arda Gülər "Real Madrid"ə transfer olunandan heyətdə yer almayıb.